Efiopiya Hökumətinin 2 noyabr 2021-ci il tarixində ölkə ərazisində fövqəladə vəziyyət elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikası vətəndaşlarına xüsusi zərurət olmadığı halda Efiopiyaya səyahətlərini təxirə salmaq tövsiyə edilir. Hazırda Efiopiya ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarından AR səfirliyi ilə +251944250567 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur.