İkitərəfli münasibətlər
Azərbaycan - Keniya münasibətləri

Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında diplomatik əlaqələr 28 may 2004-cü ildə qurulmuşdur.

21-31 yanvar 2016-cı il tarixlərində Əddis-Əbəbə şəhərində keçirilmiş Afrika İttifaqının (Aİ) 26-cı Zirvə Görüşündə iştirakı zamanı səfir Elman Abdullayev Keniyanın xarici işlər naziri xanım Əminə Məhəmməd ilə görüş keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2016-cı il tarixli, 1746 saylı Sərəncamı ilə Elman Abdullayev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.

23.06.2016-cı il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Keniya Respublikasının Prezidenti cənab Uhuru Kenyattaya təqdim etmişdir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti