Azərbaycan – Efi̇opi̇ya münasi̇bətləri̇
Qısa tarixi məlumat
2 noyabr 1992-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Rəsmi əlaqələrin ardıcıllığı
31 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev etimadnaməsini Efiopiya Fedarativ Demokratik Respublikasının Prezidenti cənab Qirma Volde-Qiorqisə təqdim etmişdir.
4 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2697 saylı sərəncam imzalanmışdır.
31 oktyabr - 1 noyabr 2013-cü il tarixlərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda Efiopiya Federal Demokratik Respublikasının parlamentinin sədri cənab Abadulla Gemeda Dagon iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə Elman Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
23 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Efiopiya Federativ Demokratik Respublikasının prezidenti cənab Mulatu Teşomeyə təqdim etmişdir.
28 mart 2015-ci il tarixində Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Ankarada olmaqla) Ayalev Qobezie Vorkneh (Ayalew Gobezie Workneh) etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.
2015-ci ilin 13-16 iyul tarixlərində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilmiş “İnkişafın Maliyyələşdirilməsi üzrə Üçüncü Beynəlxalq Konfrans”da iştirak etmişdir.
İmzalanmış sənədlər
1. “Azərbaycan Respublikası və Efiopiya Federativ Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol” (2 noyabr 1992-ci il)
11 Sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri tərəfindən verilmiş ziyafətdə bu ölkənin xarici işlər naziri Tedros Adhanom ilə görüşmüşdür. Nazir Tedros Adhanom ilə keçirilmiş qısa görüş zamanı Efiopiya XİN-ni tərəfindən XİN-lər arasında Anlaşma Memorandumunun Nyu-Yorkda keçiriləcək Baş Assambleyanın 70-ci sessiyasında imzalanması məsələsini qaldırılmışdır. Nazir Tedros Adhanom öz növbəsində azərbaycanlı həmkarı ilə Anlaşma Memorandumunu böyük məmnuniyyətlə imzalamağa hazır olduğunu bildirmişdir.
21 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Efiopiyanın Ticarət Palatasının Baş katibi Gashaw Debele ilə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiya imkanları, iki ölkənin iş adamlarının bir araya gətirilməsi və səfərlər mübadiləsinin həyata keçirilməsi vacibliyi vurğulandı. Ticarət Palatasının Baş katibi həm Azərbaycan nüməyəndə heyətini qəbul etməyə, həm də ölkəmizə səfər etməyə hazır olduğunu da qeyd etdi
1 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Efiopiyanın sənaye naziri Əhməd Abtev ilə görüşmüşdür. Görüş zamanı Nazir Əhməd Abtev Azərbaycanın sənaye sahəsində uğurlarını yüksək qiymətləndirərək, ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı və hazır olduğunu qeyd etdi.
9 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev yeni seçilmiş Efiopiya Federasiyasının (Yuxarı Palata) sədri cənab Yale Abate Reta.Görüşdə hər iki ölkə arasında səfərlər mübadiləsinin həyata keçirilməsi vacibliyi vurğulandı, Azərbaycanla Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyi və bunun üçün geniş potensialın movcud olduğu qeyd qeyd edildi.
9 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev yeni seçilmiş Efiopiya Xalq nümayəndələr Palatasının sədri cənab Abadula Gemeda ilə görüşmüşdür. Görüşdə hər iki ölkə arasında səfərlər mübadiləsinin həyata keçirilməsi vacibliyi vurğulandı, Azərbaycanla Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyi və bunun üçün geniş potensialın movcud olduğu qeyd qeyd edildi. Efiopiyalı Sədr Azərbaycan Respubliasının Milli Məclisinin sədri Oktay Əsədovu Efiopiyaya səfər etməyə dəvət etmişdir.
10 dekabr 2015 ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Efiopiyanın yeni təyin edilmiş maliyyə və iqtisadi inkişaf naziri Abduləziz Məhəmməd ilə görüşmüşdür. Nazir ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd etdi. Efiopiyalı nazir münasibətlərimizin inkişafı üçün təcrübə mübadiləsinin həyata keçirilməsi və hüquq-müqavilə bazasının yaradılması məsələsinə toxunaraq, səfərlər mübadiləsinin həyata keçirilməsi vacibliyini vurğuladı.
21-31 yanvar 2016-cı il tarixlərində Əddis-Əbəbə şəhərində keçirilmiş Afrika İttifaqının (Aİ) 26-cı Zirvə Görüşündə iştirakı zamanı səfir Elman Abdullayev Efiopiyanın xarici işlər naziri cənab Tedros Adhanomla görüş keçirmişdir. Görüş zamanı səfir Elman Abdullayev Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarova Efiopiyaya rəsmi səfər etməsi üçün ünvanlanmış dəvət məktubuna görə təşəkkür etmiş və tərəflər arasında Anlaşma Memorandumun imzalanması istiqamətində hazırlıq işlərinin yekun mərhələyə qədəm qoyduğunu diqqətə çatdırmışdır. Nazir Tedros Adhanom bunun önəmli irəliləyiş olduğunu qeyd etmiş və Anlaşma Memorandumunun layihəsində əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinin vacibliyini bildirmişdir.
26 fevral 2016-ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyi tərəfindən BMT-nin Əddis-Əbəbədəki mənzil qərargahında (UNECA – BMT-nin Afrika üzrə İqtisadi Komissiyası) Xocalı Soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Qeyd edilməlidir ki, anım mərasimi 25 may 1963-cü il tarixində Afrika Birliyi Təşkilatının (Afrika İttifaqı) elan olunduğu tarixi “Afrika Zalında” təşkil olunmuşdur. Tədbirdə Efiopiyanın dövlət qurumlarının və Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Afrika İttifaqının rəsmiləri, Azərbaycanın ali məktəblərini bitirmiş efiopiyalı məzunlar və mətbuat nümayəndələri iştirak etmişlər.
2-5 aprel 2016-cı il tarixində Ermənistan və Azərbaycan qoşunların təmas xəttində yaşanan son gərginliklə bağlı obyektiv məlumatın Efiopiya rəsmilərinə, habelə Efiopiyanın ictimayyətinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respubliikasındakı Səfirliyi tərəfindən silsilə tədbirlər görülmüşdür: Efiopiyanın tanınmış radio-kanalların “AfroFM” və “EBC FM 104.7”-in efirində, “New Business Ethiopia”, “African Press Agency” (qitə üzrə oxunan xəbər agentliyi), “The Reporter”, “ The Daily Monitor”, “The Ethiopian Herald” qəzetlərində, yerli media nümayəndələri ilə dəyirmi masa görüşündə və Efiopiyanın aparıcı qəzetlərinin redaktorları və beynəlaxq münasibətlər üzrə ixtisaslanan jurnalistləri ilə işçi naharında Ermənistanın təxribatları nəticəsində 2016-cı ilin aprel ayında yaranmış son gərginlik haqqında ətraflı məlumat verilmişdir. Səfir E.Abdullayev məsələ ilə əlaqədar Efiopiyanın xarici işlər nazirinin katibliyinin rəisi səfir Muli Tarekegn, Efiopiya Xarici İşlər Nazirliyinin Avropa Məsələləri üzrə Baş İdarənin rəisi Kasa Gebreyohannes ilə görüşlər keçirmişdir
19 aprel 2016-cı il tarixində səfir E.Abdullayev Efiopiyanın Xarici İşlər Nazirliyinin Dövlət naziri səfir Taye Astke-selassie ilə görüş zamanı 2 aprel 2016-cı il tarixində 2016-cı ilin aprel ayında yaranmış gərginlik barədə obyektiv məlumatıtəqdim etmişdir.
10-20 may 2016-cı il tarixində Efiopiya Federativ Demokratik Respublikasının Mədəniyyət və Turizm üzrə dövlət naziri xanım Meaza Gebremedhin Gebreegzinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.
27 sentyabr – 1 oktyabr 2016-cı il tarixlərində Fana Teleyayım Korporasiyası”nın baş icraçı direktoru cənab Voldu Baraki “29-30 sentyabr 2016-cı il tarixində keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumu”nda iştirak məqsədilə ölkəmizə səfər etmişdir.Voldu Barakiforumda iştirak çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor Cahangir Məmmədli, Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktoru cənab Aslan Aslanov, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi cənab Əşrəf Şıxəliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru cənab Cəmil Quliyev, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin texniki direktoru cənab Arzu Abdullayevlə görüşmüşdür.
11 noyabr 2016-cı il tarixində səfir E.Abdullayev Efiopiyanın elm və texnologiyalar naziri cənab Getahun Mekuria ilə görüş keçirmişdir.Efiopiyalı nazir Azərbaycanın energetika sahəsində böyük təcrübəyə malik olduğunu nəzərə alaraq, ölkəsinin əməkdaşlıq etməyə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd etmişdir.
21 mart 2017-ci il tarixində səfir E.Abdullayev Efiopiya Federativ Demokratik Respublikasının Parlamentinin vitse-spikeri xanım Şitaye Minale ilə görüşmüşdür.
31 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyinin təşkilatçılığı ilə “İRS” jurnalının Amhar dilində ilk nəşrinin təqdimatı keçirilmişdir. “İRS” jurnalının ilk dəfə Amhar dilində nəşr edilməsi son dövrlər Azərbaycanın Afrika qitəsi ölkələri və Efiopiya ilə genişlənən əlaqələrinin inkişafına töhfə vermək, ölkəmizin mədəniyyətini və zəngin maddi mədəni irsinin dünyanın qədim mədəniyyət ocaqlarından biri olan Həbəşistanda təşviq edilməsi məqsədi daşıyır.
2-6 may 2017-ci il tarixində Efiopiyanın Birinci xanımı Roman Tesfaye Bakı şəhərində keçirilmiş IV Mədəniyyətlərarası Dialoq Forumunda iştirak və Efiopiyanın qadın iş adamlarından ibarət nümayəndə heyətinə başçılıq etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur. Azərbaycan və Efiopiyanın qadın iş adamlarının iştirakı ilə R.Tesfayenin adından şam yeməyi verilmişdir. R.Tesfaye Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə forum çərçivəsində keçirilən "Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusuna həsr olunmuş “dəyirmi masada” çıxış etmişdir.
30 aprel-5 may 2017-ci il tarixində və Efiopiyanın qadın iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə təşkil edilmiş Azərbaycan-Efiopiya İşgüzar Görüşü keçirilmişdir. Görüş çərçivəsində Azərbaycan və Efiopiya iş adamları arasında birbaşa təmaslar qurulmuşdur. Efiopiya nümayəndə heyəti Azərbaycanda fəaliyyət göstərən tekstil fabriklərində olmuş və istehsal prosesi ilə yaxından tanış olmuşdur.
14 oktyabr 2017-ci il tarixində Əddis-Əbəbə şəhərində Azərbaycan Respublikasının Dövlət Müstəqillik Gününə və Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
16-20 oktyabr 2017-ci il tarixində Əddis-Əbəbə şəhərində Azərbaycan Milli Mətbəx Həftəsi keçirilmişdir. Qeyd olunan tədbirə Azərbaycandan kulinarlar dəvət olunmuşdur.
8-9 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov Efiopiyada rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində nazir E.Məmmədyarov Efiopiyanın Federativ Demokratik Respublikasının Prezidenti cənab Mulatu Teşome və bu ölkənin Xariciİşlər Naziri cənab Vorkene Qebeyehu ilə görüşmüşdür. Səfər zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu” imzalanmışdır.