Azərbaycan-Keniya münasibətləri
Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında diplomatik əlaqələr 28 may 2004-cü ildə qurulmuşdur.
21-31 yanvar 2016-cı il tarixlərində Əddis-Əbəbə şəhərində keçirilmiş Afrika İttifaqının (Aİ) 26-cı Zirvə Görüşündə iştirakı zamanı səfir Elman Abdullayev Keniyanın xarici işlər naziri xanım Əminə Məhəmməd ilə görüş keçirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2016-cı il tarixli, 1746 saylı Sərəncamı ilə Elman Abdullayev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.
23.06.2016-cı il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Keniya Respublikasının Prezidenti cənab Uhuru Kenyattaya təqdim etmişdir.