Azərbaycan – Cibuti münasibətləri
1996-cı ilin 22 oktyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması haqqında protokol imzalanmışdır.
2005-ci ildə BMT Baş Assambleyasının 59-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cibuti Respublikasının Prezidenti cənab İsmayıl Ömər Qüelleh ilə görüşmüşdür. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunmuşdur.
2012-ci ilin 5 iyul tarixində Cibuti Respublikasının Rusiya Federasiyasındakı Səfiri Abdi İbrahim Absieh ölkəsinin eyni zamanda Azərbaycanda Səfiri təyin olunmuşdur.
2013-cü ilin 23-26 aprel tarixlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakı şəhərində keçirilmiş II Sessiyasında Cibutinin Əmək Naziri Abdi Huseyn Əhəmədin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.
2013-cü ilin dekabr ayının sonunda Cibuti Respublikasının iqamətgahı Moskva şəhərində olmaqla Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Abdi İbrahim Absieh Səfir kimi öz missiyasını başa vurmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2 may 2016-cı il tarixli, 2016 saylı Sərəncamı ilə Elman Abdullayev Azərbaycan Respublikasının Cibuti Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.
2016-cı ilin 5 iyun tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfiri Elman Abdullayev Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Quelleyə etimadnamələrini təqdim etmişdir.