2016-05-03

Addis Zemen" qәzetindә BMT­-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu haqqında mәqalә dәrc edilib

Efiopiyanın "Addis Zemen" dövlәt qәzetindә BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilmiş VII Qlobal Forumu haqqında mәqalә dәrc edilib. Mәqalәdә Forum çәrçivәsindә nümayәndә heyәtlәri tәrәfindәn yekdilliklә qәbul edilәn vә millәtlәr arasında harmoniyaya nail olunması üçün әsas sәnәd olan Bakı Bәyannamәsi haqqında әtraflı mәlumat verilir. Hәmin Bәyannamәdә BMT­-nin Sivilizasiyalar Alyansının inklüziv cәmiyyәtlәrin qurulmasında әsas rol oynadığı qeyd edilir. 
 
Mәqalәdә, hәmçinin Prezident İlham Әliyevin açılışındakı nitqinә xüsusi yer verilir. Dövlәtimizin başçısının Azәrbaycanın Şәrqlә Qәrb arasında hәm coğrafi, hәm mәdәni baxımdan körpü rolunu oynadığı, әsrlәr boyu müxtәlif dinlәrin vә mәdәniyyәtlәrin nümayәndәlәrinin ölkәmizdә sülh şәraitindә, birgә yaşadıqları vurğulanır. 
 
Müәllif digәr yüksәk sәviyyәli rәsmilәrin, o cümlәdәn BMT­nin baş katibi Pan Gi Munun vә Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın çıxışları barәdә dә mәlumat verir. 
 

Arxiv üzrə axtarış