2016-06-09

Azərbaycan səfiri etimadnaməsini Keniya Prezidentinə təqdim edib

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev etimadnaməsini Keniyanın Prezidenti Uhuru Kenyattaya təqdim edib.
Keniya Prezidenti ilə keçirilmiş görüşdə səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Prezident Uhuru Kenyattaya çatdırıb, Afrika qitəsinin aparıcı dövlətlərindən biri olan Keniya ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu söyləyib və bu münasibətlərin yeni müstəviyə qaldırılması üçün ardıcıl səylərin göstəriləcəyini bildirib.
 
Prezident Uhuru Kenyatta öz növbəsində Prezident İlham Əliyevə salamlarının və ehtiramının çatdırılmasını xahiş edib, ölkəmizlə münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.
 
 

Arxiv üzrə axtarış