2017-02-27
Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Müdafiə Sənayesi Nazirliyində olub
Fevralın 24-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ölkəmizdə səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Y.Camalov Azərbaycan ilə Cibuti arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. O, nazirliyin fəaliyyətinə dair nümayəndə heyətinə ətraflı məlumat verib.
Mahmud Əli Yusuf səmimi görüşə görə minnətdarlığını bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.