2017-05-26

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlanmışdır

Hörmətli cənab Prezident,

 

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

\

Ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduğumu bildirirəm.

 

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

 

Hörmətlə,

 

Mulatu Teşome

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti

Arxiv üzrə axtarış